20/06/2026
Bakı Ekspo Mərkəzində keçirilən 7-ci “Yerli Şirkətlərin Tanıtım Sərgisi”nin 3-cü günündə Meslehetci şirkəti olaraq iştirak etdik.
Sərgi müddətində stendimiz çoxsaylı ziyarətçilərin diqqətini cəlb etdi, sahibkarlar və şirkət nümayəndələri ilə məhsuldar görüşlər keçirdik. Maliyyə, mühasibatlıq, vergi və biznes həlləri sahəsində təqdim etdiyimiz xidmətlər iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.
Sərginin 3-cü günündə də yeni əlaqələr qurmaq, təcrübə mübadiləsi aparmaq və potensial əməkdaşlıq imkanlarını müzakirə etmək fürsəti əldə etdik.
Stendimizi ziyarət edən hər kəsə təşəkkür edir, gələcək əməkdaşlıqların uğurlu olacağına inanırıq.
19/06/2026