Meslehetci

Meslehetci Консалтинговое агентство

Mühasibat uçotunuzun vəziyyətini bilirsiniz?Məsləhət seriyamızın ilk mövzusu - mühasibat uçotuna nəzarət. Bu karuseldə m...
25/09/2026

Mühasibat uçotunuzun vəziyyətini bilirsiniz?

Məsləhət seriyamızın ilk mövzusu - mühasibat uçotuna nəzarət. Bu karuseldə mühasibinizdən istəməli olduğunuz 3 sənədi və sahibkarların diqqət yetirməli olduğu 5 məqamı təqdim edirik.

Peşəkar inkişaf hər mərhələdə davam edir! Uçot şöbəsinin direktoru Səyyad Mustafayev ACCA Financial Accounting (FA/F3) i...
24/09/2026

Peşəkar inkişaf hər mərhələdə davam edir!

Uçot şöbəsinin direktoru Səyyad Mustafayev ACCA Financial Accounting (FA/F3) imtahanını uğurla keçib.

Biliklərini yeniləmək və inkişaf etdirmək hər bir mütəxəssis üçün dəyərlidir. Səyyadı bu nailiyyəti münasibətilə təbrik edir, qarşıdakı peşəkar hədəflərində uğurlar arzulayırıq!

Məsləhətçi
Doğru partnyor, davamlı biznes.

Məsləhətçi komandası Marsol Group partnyorları ilə bir arada15 sentyabrda Bilgəhdə yerləşən “Camphood” yay düşərgəsində ...
22/09/2026

Məsləhətçi komandası Marsol Group partnyorları ilə bir arada

15 sentyabrda Bilgəhdə yerləşən “Camphood” yay düşərgəsində Marsol Group-un partnyorları üçün təşkil etdiyi görüşdə iştirak etdik.

Fərqli sahələrdən olan sahibkarlarla səmimi atmosferdə bir araya gəlmək, biznes təcrübələrini bölüşmək və yeni əlaqələr qurmaq tədbirin ən dəyərli tərəflərindən biri oldu.

Məsləhətçi komandası olaraq sahibkarlarla yalnız xidmət çərçivəsində deyil, onların biznes ehtiyaclarını daha yaxından anlayaraq uzunmüddətli əməkdaşlıq qurmağa çalışırıq.

Mühasibatlıq, vergi, audit və biznes konsultasiyası üzrə göstərdiyimiz xidmətlərin əsas məqsədi bizneslərin daha sistemli və dayanıqlı inkişafına dəstək olmaqdır.

Görüşün təşkilinə görə Marsol Group-a, xoş ünsiyyətə görə isə bütün iştirakçılara təşəkkür edirik.

Doğru partnyor, davamlı biznes.

🏆 “1-ci Ailə Kuboku” baş tutdu!5 sentyabr tarixində ailələr idman, rəqabət və əyləncə dolu bir gün yaşadılar! ❤️"Marsol ...
08/09/2026

🏆 “1-ci Ailə Kuboku” baş tutdu!
5 sentyabr tarixində ailələr idman, rəqabət və əyləncə dolu bir gün yaşadılar! ❤️

"Marsol Academy", “Marsol Sports” və “Qolat Sports Services”in birgə təşkilatçılığı ilə keçirilən “1-ci Ailə Kuboku”nda sahibkarlar və onların övladları bir komanda olaraq meydanda mübarizə apardılar. ⚽️🏆

Bu yarış sadəcə idman mübarizəsi deyil, valideyn və övlad arasında birlik, komanda ruhu və unudulmaz xatirələr üçün xüsusi bir gün oldu. 👨‍👩‍👧‍👦

Bu xüsusi gündə Meslehetci şirkətinin rəhbəri Abbas Orucəliyev də övladı Şəms Orucəliyeva ilə birlikdə iştirak edərək yarışın həyəcanını və komanda ruhunu bölüşdü. ⚽️

🥇 Qaliblər kubok, medal və sertifikatlarla təltif olundular.
1-ci yerin qalibləri: Səfər Abdullayev və Abdullah Abdullazadə
2-ci yerin qalibləri: Anar Əliyev və Kamran Əliyev
3-cü yerin qalibləri: Abbas Orucəliyev, Şəms Orucəliyeva

Sonda bütün uşaqlara "İyde Parfum"dan ətir hədiyyə olunub. "İydə Parfum"şirkətinə təşəkkür edirik!

Bu gözəl günə öz enerjisi, mübarizəsi və pozitivliyi ilə rəng qatan bütün iştirakçılara təşəkkür edirik! ❤️

“Bilik Günü” xeyriyyə yarmarkası keçirilib.5 sentyabr tarixində Marsol Group, İş Adamları Cəmiyyətinin Milli Assosiasiya...
08/09/2026

“Bilik Günü” xeyriyyə yarmarkası keçirilib.

5 sentyabr tarixində Marsol Group, İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) və “İnkişafa Doğru” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Bilik Günü” xeyriyyə yarmarkası keçirilib.

Passage 1901-də baş tutan tədbirdə Marsol Group-un partnyoru olan sahibkarlar, şirkət nümayəndələri, eləcə də sosial təşəbbüslərə dəstək verən şəxslər bir araya gəlib. Tədbirdə “Meslehetci” şirkəti də iştirak edərək bu sosial təşəbbüsə öz dəstəyini göstərib. Yarmarka iştirakçılar üçün həm birlikdə vaxt keçirmək, həm də sosial təşəbbüsə töhfə vermək imkanı yaradıb.

Tədbirin əsas məqsədi yarmarkadan əldə olunan vəsaiti uşaqların təhsilinə və onların gələcəyinə dəstək məqsədilə yönəltmək olub. Təhsilə və uşaqların inkişafına yönələn bu təşəbbüs sosial məsuliyyətin təşviqi baxımından xüsusi əhəmiyyət daşıyır.

Sentyabrın 4-də “Meslehetci” şirkəti Marsol Group partnyorları ilə, “LaLiga Dining & Lounge Center” restoranının yeni fi...
06/09/2026

Sentyabrın 4-də “Meslehetci” şirkəti Marsol Group partnyorları ilə, “LaLiga Dining & Lounge Center” restoranının yeni filialının açılış mərasimində iştirak edib. Tədbir işgüzar və səmimi atmosferdə baş tutub.

Açılış mərasimində “LaLiga Dining & Lounge Center” restoranının təsisçilərindən biri olan Anar Daşdıyev çıxış edərək restoranın konsepsiyası, təqdim olunan mətbəx nümunələri, xidmət keyfiyyəti və gələcək planları barədə ətraflı məlumat verib.

Daha sonra Marsol Group-un direktoru Bilal Qasımlı çıxış edərək yeni restoranın fəaliyyətə başlaması münasibəti ilə Anar Daşdıyevi təbrik edib, “LaLiga Dining & Lounge Center” restoranının fəaliyyətində uğurlar arzulayıb.

Daha sonra açılış mərasimi qonaqlar üçün təşkil olunan ziyafətlə dəvam edib.

10/08/2026

📊 1C təlimləri ilə işinizi daha effektiv idarə edin!

Müasir biznesdə mühasibat uçotunun düzgün və operativ aparılması böyük əhəmiyyət daşıyır. 1C proqramını peşəkar səviyyədə bilmək isə həm mühasiblər, həm də maliyyə və idarəetmə sahəsində çalışan mütəxəssislər üçün mühüm üstünlükdür.

🎯 1C təlimlərinin əsas üstünlükləri:✅ Mühasibat əməliyyatlarını daha sürətli aparmaq✅ Maliyyə və uçot proseslərini avtomatlaşdırmaq✅ Hesabatların hazırlanmasını asanlaşdırmaq✅ Əməliyyatlarda səhvləri minimuma endirmək✅ İşə qəbul zamanı peşəkar üstünlük qazanmaq✅ Praktiki bilik və real iş bacarıqları əldə etmək

💼 1C-ni öyrənməklə yalnız proqramı deyil, müasir mühasibatlıq proseslərinin iş prinsipini də mənimsəyirsiniz.

📚 Peşəkar gələcəyinizə investisiya edin — 1C biliklərinizi bu gün inkişaf etdirin!

🌐 www.meslehetci.az
📞 +994 55 511 13 65
📍 Əhməd Rəcəbli 3 küçəsi, bina 7

07/08/2026

Meslehetci şirkətində işgüzar görüş.

4 avqust tarixində xanım sahibkarların da iştirakı ilə Marsol Group partnyorları bu dəfə ofis ziyarəti çərçivəsində "Gav...
06/08/2026

4 avqust tarixində xanım sahibkarların da iştirakı ilə Marsol Group partnyorları bu dəfə ofis ziyarəti çərçivəsində "Gavali Group"da qonaq olublar.

Görüş zamanı iştirakçılar çay süfrəsi ətrafında tanış olaraq fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi aparıblar. Daha sonra "Gavali Group"un direktoru Rüstəm Hüseynov şirkətin fəaliyyəti, məhsul konsepsiyası və inkişaf istiqamətləri haqqında ətraflı məlumat verib. Ardınca iştirakçılar mağazada təqdim olunan məhsul çeşidləri və xüsusi dizayn edilmiş hədiyyə qutuları ilə yaxından tanış olublar.

Qeyd edək ki, "Gavali" yüksək keyfiyyətli quru meyvələr, seçilmiş çərəzlər, müxtəlif növ lokumlar, Belçika mənşəli xammaldan hazırlanan şokoladlar, təbii çay və ədviyyatlar, eləcə də fərqli zövqlərə uyğun orijinal hədiyyə qutuları təqdim edən yerli brendlərdən biridir.

Məsləhətçi şirkəti olaraq biz də bu görüşdə iştirak edərək Marsol Group partnyorları ilə yeni əməkdaşlıq imkanlarını müzakirə etmək və biznes əlaqələrimizi genişləndirdik.

Address

Əhməd Rəcəbli-3 Küçəsi 7
Baku

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994125652353

Alerts

Be the first to know and let us send you an email when Meslehetci posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Meslehetci:

Shortcuts

Share

Category